Dünya və Avropa çempionu yarışlardan kənarlaşdırıldı

İdman

07.03.2025 10:54

783

Türkiyəli güləşçi Rıza Kayaalp 4 illik diskvalifikasiya olunub.   

TodayPress xəbər verir ki, səbəb idmançının qanında qəbulu qadağan olunmuş maddənin tapılmasıdır.   

Dünya və Avropa çempionu olan güləşçi cəzası ilə bağlı artıq güləşi buraxdığını bildirib. O, zədə səbəbindən həkimimin yazdığı reseptə uyğun olaraq müalicə olunur.   

Qeyd edək ki, Kayaalp "orqanizmə əlavə enerji verən maddələrdən istifadə etdiyi" aşkar edildiyi üçün müvəqqəti olaraq idman yarışlarından uzaqlaşdırılıb. Bu səbəbdən Kayaalp Paris Olimpiadasında iştirak edə bilməyib.   

Namiq HUN

tag: Rıza Kayaalp,Güləş,Çempion,diskvalifikasiya,