Dünya tennisinin ulduzu son yarışına çıxacaq
İdman
23.07.2024 14:38
Tanınmış tennisçi Endi Marrey Paris Olimpiadasından sonra karyerasını bitirəcək.
TodayPress xəbər verir ki, böyük britaniyalı raketka ustası multiidman oyunlarının onun üçün sonuncu yarış olduğunu açıqlayıb.
"Son tennis turnirim üçün Parisə gəldim. Olimpiada karyeramın ən yaddaqalan yarışıdır. Qürur duyuram ki, sonuncu dəfə olimpiadada iştirak edə biləcəyəm” Endi Marrey bildirib.
Qeyd edək ki, 37 yaşlı tennisçi karyerası ərzində iki dəfə Olimpiadanın və "Uimbldon" turnirinin, bir dəfə isə ABŞ açıq çempionatının qalibi olub.
Namiq HUN
tag: Tennis, Paris, Olimpiada, Uimbldon, Endi Marrey, todaypress.az,