Dünya tennisinin lideri büdrədi
İdman
02.10.2024 18:30
Dünya tennisinin üçüncü nömrəsi, ispaniyalı tennisçi Karlos Alkaras Çin-də keçirilən ATP-500 turnirinin qalibi olub.
TodayPress xəbər verir ki, o, finalda dünya reytinqinin lideri, italiyalı Yannik Sinneri 6:7 (6:8), 6:4, 7:6 (7:3) hesabı ilə məğlub edib.
Taybreykdə ispaniyalı qoşa mini-breyklə geridə olsa da, sonradan rəqibindən ardıcıl yeddi xal qazanmağa müvəffəq olub.
Qarşılaşma 3 saat 24 dəqiqə davam edib.
Bu Karlos Alkarasın karyerasında 16-cı, mövsüm ərzində isə qazandığı 4-cü kubokudur.
Namiq HUN
tag: Tennis,Karlos Alkaras,Yannik Sinner,ATP-500 turniri, todaypress.az,