Dünya tennisinin əfsanəsi qərar verdi

İdman

22.06.2024 12:50

Endi Mürrey "kürək proseduru"ndan keçəcək. Onun "Uimbldon"dakı çıxışı şübhə altındadır.

TodayPress xəbər verir ki, 3 qat "Böyük Dəbilqə" və 2 qat Olimpiya çempionu, keçmiş dünya bir nömrəsi, britaniyalı tennisçi Endi Mürrey həkim müayinəsindən keçəcək. 

Daha əvvəl Mürrey belindəki ağrılara görə Londonda keçirilən ATP-500 turnirinin ikinci tur matçından imtina etmək məcburiyyətində qalıb. 

"Hesab edirəm ki, təfərrüatlara varmağım düzgün olmaz. Bu onun şəxsi işidir, lakin indi o, bir neçə qərar qəbul etməlidir. Mürrey çox məyusdur, çünki bu turnir onun üçün böyük bir mərhələdir. O, turla vidalaşır. Və mövcud vəziyyətə görə, vida olmaya bilər. Onun bundan sonra nə edəcəyini görəcəyik" Mürreyin qardaşı Ceymi bildirib. 

Namiq HUN

tag: Dünya, Tennis, Endi Mürrey, Uimbldon,London, todaypress.az,