Dünya şöhrətli NBA çempionu vəfat etdi
İdman
12.06.2024 20:46
1960-cı il Olimpiya çempionu və NBA çempionu Cerri Uest 86 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, Olimpiya çempionu və Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Cerri Uest 86 yaşında vəfat edib. Uestin ölüm səbəbi haqqında heç bir məlumat verilmir.
Xatırladaq ki, Cerri Uest ABŞ komandasının tərkibində 1960-cı il Olimpiadasını qazanıb. Klub karyerası boyunca 1972-ci ildə NBA çempionluğunu qazandığı Los Angeles Lakersı təmsil edib.
Müasir NBA loqosunun yaradılmasında Uestin siluetindən istifadə edildiyi güman edilir. Lakin liqa və idmançının özü bu versiyanı nə təsdiq, nə də təkzib edib.
GÜNEL
tag: NBA, Çempion, Cerri Uest, Los Angeles, todaypress.az,