Dünya şahmatının ulduzları Moskvaya toplaşır

İdman

26.06.2024 13:57

Azərbaycan şahmatçısı Teymur Rəcəbov növbəti dəfə "Şahmat ulduzları" turnirində iştirak edəcək.

TodayPress xəbər verir ki, Moskvada təşkil olunacaq yarışda kişi şahmatçılardan Vladislav Artemyev, Sergey Karyakin, Yevgeni Tomaşevski (hamısı Rusiya), Amin Tabatabai (İran), Raunak Sadvani (Hindistan), qadınlardan isə Hou İfen (Çin), Aleksandra Qoryaçkina, Yekaterina Lahno və Valentina Qunina (hamısı Rusiya) mübarizə aparacaqlar.

Zəka ustaları iyunun 27-29-da şahmatın rapid, iyulun 1-2-də isə blits növündə ən güclüləri müəyyən edəcəklər. 

Namiq HUN

tag: Şahmat, Teymur Rəcəbov, Moskva, Dünya, todaypress.az,