DÜNYA REYTİNQİ: "Qarabağ" və "Neftçi" gerilədi

İdman

10.06.2024 10:45

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

TodayPress xəbər verir ki, 507 komandanın yer aldığı siyahıya Azərbaycanın dörd klubu düşüb. 

5 pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cüdür. 15 pillə irəliləyən "Zirə" (62,25 xal) siyahının 369-cu, 17 pillə irəliləyən "Sabah" (60,75 xal) isə 388-ci komandasıdır. Ən pis göstərici “Neftçi”dədir (59,25 xal). Paytaxt klubu beş pilləlik geriləmə ilə siyahının 403-cü komandasıdır. 

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.

Namiq HUN

tag: Qarabağ, Neftçi, Futbol, Beynəlxalq, todaypress.az,