Dünya rekordçusunda dopinq tapıldı
İdman
05.06.2024 23:37
Qaçış üzrə dünya rekordçusu qəbulu qadağan olinmuş preparatdan istifadəyə görə 6 il müddətinə diskvalifiyasiya edilib.
TodayPress xəbər verir ki, keniyalı yüngül atlet Roneks Kipruto antidopinq qaydalarını pozduğuna görə 6 il müddətinə idmandan kənarlaşdırılıb. O, 2023-cü il mayın 11-də cəzalandırılıb. 24 yaşlı atletin cəzası 2029-cu il mayın 10-da başa çatacaq.
Qeyd edək ki, keniyalı idmançı uzun müddət idi dopinq sxeminə cəlb olunmşdu. Bu müddət ərzində onun antidopinq pasportunda pozuntular aşkar edilib. Birinci pozuntu 2018-ci ilin iyul ayında qeydə alınıb. Həmin andan etibarən idmançının bütün nəticələri ləğv edilib.
Kipruto 2019-cu ildə 10.000 metr məsafəyə qaçışda əldə etdiyi bürünc medalından və 26 dəqiqə 24 saniyəlik dünya rekordundan məhrum ediləcək. Keniyalı atlet İdman Arbitraj Məhkəməsində (CAS) hökmə etiraz edə bilər.
Namiq HUN
tag: Dünya rekordçusu, Dopinq, Kipruto,Keniya, todaypress.az,