Dünya Kubokunun sprint yarışlarının mükafatçıları
İdman
10.01.2025 17:10
“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunda ilk gününün qalibləri məlum olub.
TodayPress xəbər verir ki, ilk yarış günündə sprint növü üzrə mükafatçılar bəlli olub.
Qadınlarda fransalı Emili Harrop fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçli Mariani Fatton ikinci, fransalı Perillat Pissiy üçüncü yeri tutub.
Kişilərdə sprint növündə qızıl medalı isveçli Lita Aron qazanıb. Onun komanda yoldaşı Robin Bussard isə gümüş medala sahib çıxıb. İlk üçlüyü ispaniyalı Martines Ferrertəşkil edib.
Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertical, bir gün sonra isə individual növlər üzrə mükafatçıları müəyyən edəcəklər.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.
Namiq HUN
tag: Şahdağ ,Qış, Olimpiya, Atlet, todaypress.az,