Dünya cüdosunun mütləq lideri – HİDAYƏT HEYDƏROV

İdman

14.06.2024 14:55

Azərbaycanlı dünya çempionu Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridir. 

TodayPress xəbər verir ki, Heydərov bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur. 

Dünya çempionunun hesabında 8798 xalı var. Abu-Dabi uğuru cüdoçumuza uzun müddət sıralamaya başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib.

Hazırda Matias ikinci (7932), milli komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə üçüncü yerdədir. Dünya çempionu Kotsoyevin hesabında 7022 xalı var.

Namiq HUN

tag: Cüdo,Hidayət Heydərov, Beynəlxalq, İdmançı, todaypress.az,