Dünya cüdoçuları Hidayətin kölgəsində
İdman
11.07.2024 14:23
Cüdo üzrə Azərbaycan yığma komandasının lideri Hidayət Heydərov (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına təkcə öz çəkisinin deyil, dünya reytinqinin mütləq lideri kimi qatılacaq.
TodayPress xəbər verir ki, dünya və dördqat Avropa çempionu bütün çəki dərəcələri üzrə reytinq siyahısının birincisidir.
Heydərov topladığı reytinq xallarının sayına görə bütün cüdoçuları qabaqlayır. Hazırda onun aktivində 8798 xal var.
Bu il Əbu-Dabidə qazandığı dünya çempionu titulu ona Matias Kasseni (81 kq) keçməyə imkan verib. Belçikalı cüdoçu 7932 xalla ikincidir.
İlk “üçlüy”ü cüdo millimizin digər üzvü qapayır. Dünya çempionu Zelim Kotsoyevin (100 kq) aktivində 7022 xal var.
Kişilər və qadınlar arasında göstəricilər nəzərə alınsa, Hidayət Heydərov dünya ikincisidir. Onu yalnız dəfələrlə dünya çempionu olan Krista Dequçi üstələyir. Kanadalı cüdoçunun 9690 reytinq xalı var.
Namiq HUN
tag: Dünya, Cüdo, Azərbaycan, Əbu-Dabi, Avropa, todaypress.az,