Dünya çempionundan KOBUD SƏHV
İdman
03.06.2024 15:25
Şahmat
üzrə hazırkı dünya çempionu, çinli Dinq Liren Stavangerdə keçirilən “Norway
Chess” turnirində Maqnus Karlsenə uduzub.
TodayPress
xəbər verir ki, turnirin maraqla gözlənilən görüşü klassik şahmat üzrə hazırkı
dünya çempionu Dinq Lirenlə keçmiş dünya çempionu Maqnus Karlsen arasında baş
tutan oyun olub. Karlsenin ağ fiqurlarla oynadığı görüşdə ən çox diqqəti cəlb
edən məqam çinli qrossmeysterin təxminən bərabər mövqedə “mat üfürməsi” olub.
Bu səviyyəli partiyalarda bu çox nadir hallarda olur. Şahmatda kobud səhv
oyunçunun mövqeyinin kəskin pisləşməsinə səbəb olan haldır. Kobud səhv etməklə,
şahmatçı mat təhlükəsini qaçıra, və ya tamamilə qazanılmış vəziyyətdə oyunu
heç-heçəyə endirə bilər.
Qeyd
edək ki, Stavanger superturnirinin alltı turunun yekununa görə, Maqnus Karlsen
12 xalla ABŞ qrossmeysteri Hikaru Nakamuranı bir xal qabaqlayır. Dinq Liren isə
2,5 xalla sonuncu yerdədir.
Qeyd
edək ki, dünya çempionu Dinq Liren 2023-cü ilin aprelində şahmat tacı uğrunda
yarışda rusiyalı Yan Nepomnyaşini taybreykdə məğlub edib.
Namiq
HUN
tag: Dünya,Çempion, Şahmat, Dinq Lren, Maqnus Karls, todaypress.az,