Dünya çempionumuz Dünya Seriyasında büdrədi
İdman
03.07.2024 10:06
Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının mərhələ yarışı keçirilib.
TodayPress xəbər verir ki, San Loren Dü-Var turnirindən qazancımız gümüş medal olub.
İbrahim Yusubov (90 kq) mərhələ yarışlarında rəqiblərinə heç bir şans tanımayıb. Dünya çempionu A qrupunda fransa, yunanıstan və moldovalı rəqiblərini üstələyib.
Güləşçimiz yarımfinalda Ukrayna təmsilçisini mübarizədən kənarlaşdırıb. Yusubov yalnız finalda moldovalı Trayan Kapatinaya uduzaraq gümüş medalla kifayətlənib.
Namiq HUN
tag: Çempion, Fransa, San Loren Dü-Var, İbrahim Yusubov, Ukrayna, todaypress.az,