Dünya çempionu qızıl zəncirin qurbanı oldu

İdman

10.10.2024 23:00

894

Velosiped idmanı üzrə gənclər arasında keçmiş dünya çempionu Marlon Peres Aranqo oğrular tərəfindən öldürülüb.

TodayPress xəbər verir ki, hadisə idmançının evinin yaxınlığında baş verib. 

Sabiq velosipedçi boynundan qızıl zənciri qoparmaq istəyən cinayətkarın hücumuna məruz qalıb. Marlon özünü müdafiə etməyə çalışsa da, cinayətkar onun müqaviməti ilə qarşılaşdıqda, iti aləti çıxararaq Peresin boynuna bıçaq zərbəsi endirib. 

Kolumbiyalı velosipedçi xəstəxanaya aparılsa da, xəsarətləri çox ciddi olduğundan və qanaxmadan dünyasını dəyişib.

Xatırladaq ki, Marlon Peres 1994-cü ildə gənclər arasında dünya çempionu titulunu qazanıb. O, həmçinin Pan Amerika Oyunlarının qalibi olub. Peres nüfuzlu “Giro d’Italia” turnirində və Atlanta, Sidney, Afina Yay Olimpiya Oyunlarında (1996, 2000 və 2004) iştirak edib.

Namiq HUN

tag: Velosiped,Marlon Peres Aranqo,Qızıl,Zəncir,Ölüm,Oğru,todaypress.az,