Dünya çempionu qadağa ilə üzləşdi

İdman

29.06.2024 16:45

Argentina millisinin qolkiperi Emilyano Martinez Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

TodayPress xəbər verir ki, futbolçuya formasını geyindiyi “Aston Villa” klubu icazə verməyib.

Birminhem təmsilçisi Martinezin avqustun 17-də start götürəcək Premyer Liqadan öncə komandaya qoşulmasını istəyir. Əgər Emilyano Paris-2024-də iştirak etsə, o, çempionata cəmi 8 gün qalmış klubuna qoşulacaq. Bu isə Unay Emerinin komandasını qane etmir.

Namiq HUN

tag: Argentina, Martinez, Futbolçu, Qadağa, Dünya, todaypress.az,