Dünya çempionu müharibədə öldü

İdman

19.10.2024 15:50

1340

Qayaya dırmanma üzrə dünya çempionu Maksim Petrenko Ukrayna müharibəsində ölüb.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb.

Sabiq idmançının Ukraynanın Donetsk vilayətinin Toretsk şəhəri uğrunda gedən döyüşlərdə öldüyü bildirilir.

Maksim Petrenko iki dəfə gənclər arasında qayaya dırmanma üzrə dünya çempionatında qızıl medal qazanıb. Onun böyüklər səviyyəsində ən yüksək nailiyyəti 1999-cu ildə Birmingemdə keçirilən Dünya Çempionatında bürünc medal olub.

Namiq HUN

tag: Maksim Petrenko, Ukrayna,Milli Olimpiya Komitəsi,Donetsk ,Toretsk,todaypress.az,