Dünya çempionu ictimai işlərə məhkum edildi

İdman

09.12.2024 17:16


"Formula 1" üzrə dördqat dünya çempionu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən ictimai işlərə məhkum edilib.

TodayPress FIA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səbəb Ferstappenin pilotların yığıncağında nalayiq ifadələr işlətməsi olub.

"Red Bull"un niderlandlı pilotu cəzasını Ruandanın paytaxtı Kiqalidə çəkəcək. O, FIA-nın mükafatlandırma mərasimində iştirak edəcək və paralel olaraq gənc sürücülər üçün təlim məşğələləri keçəcək.

Qeyd edək ki, Maks Ferstappen noyabr ayında keçirilən Las-Veqas Qran-prisində qalib gələrək ardıcıl dördüncü çempionluğunu qazanıb.

Namiq HUN

tag: Formula 1, Dünya ,Çempion, Dördqat ,todaypress.az,