Dünya çempionu ayağını sındırdı
İtaliyalı dağ xizəkçisi, ikiqat dünya çempionu Federika Brinone nəhəng slalom üzrə ölkə çempionatında ayağını sındırıb.
TodayPress Beynəlxalq Xizək və Snoubord Federasiyasına (FIS) istinadən xəbər verir ki, Trentodakı “Santa Chiara” xəstəxanasında aparılan müayinədən sonra onun sol ayağındakı baldır sümüyünün və fibula başının yerdəyişmiş, xırdalanmış sınığı aşkar edilib.
Tibb Komissiyası idmançının vəziyyətini diqqətdə saxlayır.
Brinone Milanda yerləşən “La Madonnina” klinikasına köçürüləcək.
Orada aparılacaq əlavə radioloji müayinələr sayəsində cərrahi əməliyyat planı müəyyən olunacaq.
Namiq HUN
tag: Federika Brinone,Xizək,Ayaq Sınığı,Zədə,Todaypress.az,