Dünya çempionatının püşkü atıldı

İdman

06.12.2024 10:57

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) 2025-ci ildə təşkil edəcəyi klublararası dünya çempionatının püskatması keçirilib.

TodayPress xəbər verir ki, iyunun 15-dən iyulun 13-dək keçiriləcək mundialda 32 komanda 8 qrupda mübarizə aparacaq.

Püşkatma mərasimi ABŞ-nin Mayami şəhərində təşkil olunub. 

B qrupunda PSJ, "Atletiko" və "Botafoqo" kimi klublar yer alıblar. C qrupunda isə "Bavariya", "Boka Xuniors" və "Benfika" qrup birinciliyi uğrunda mübarizə aparacaqlar. Mütəxəssislər H qrupunda yer alan "Real"ı şanslı sayırlar. Madrid təmsilçisi "Əl-Hilal", "Paçuka" və "Zalsburq"la yarışacaq.

A qrupu: "Palmeyras" (Braziliya), "Porto" (Portuqaliya), "Əl-Əhli" (Misir), "İnter Mayami" (ABŞ).

B qrupu: PSJ (Fransa), "Atletiko" (İspaniya), "Botafoqo" (Braziliya), "Sietl Saunders" (ABŞ).

C qrupu: "Bavariya" (Almaniya), "Oklend Siti" (Yeni Zelandiya), "Boka Xuniors" (Argentina), "Benfika" (Portuqaliya).

D qrupu: "Flamenqo" (Braziliya), "Esperance" (Tunis), "Çelsi" (İngiltərə), "Leon" (Meksika).

E qrupu: "River Pleyt" (Argentina), "Urava Red Diamonds" (Yaponiya), "Monterrey" (Meksika), "İnter" (İtaliya),

F qrupu: "Fluminense" (Braziliya), "Borussiya Dortmund" (Almaniya), "Ulsan" (Cənubi Koreya), "Mamelodi Sandaunz" (Cənubi Afrika)

G qrupu: "Mançester Siti" (İngiltərə), "Vidad" (Mərakeş), "Əl Ayn" (BƏƏ), "Yuventus (İtaliya),

H qrupu: "Real Madrid" (İspaniya), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Paçuka" (Meksika), "Zalsburq" (Avstriya).

Namiq HUN

tag: Real Madrid ,Flamenqo, Çelsi ,Almaniya ,todaypress.az,