Dünya çempionatı Qafqazda keçirilə bilər – FIFA-YA MÜRACİƏT EDİLDİ
İdman
06.06.2024 12:04
Futbol üzrə gənclər arasında dünya çempionatı 2029-cu ildə Qafqazda keçirilə bilər.
TodayPress xəbər verir ki, Gürcüstan və Ermənistan gənclərin mundialına ev sahibliyi etmək üçün FIFA-ya birgə ərizə təqdim edəcəklər.
Bu məqsədlə Gürcüstan və Ermənistan futbol federasiyalarının rəsmiləri İrəvanda keçirilən mətbuat konfransında əməkdaşlıq memorandumu imzalayıblar. Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili ölkəsinin belə mötəbər tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik olduğunu bildirib.
Qeyd edək ki, son dünya çempionatı 2023-cü ildə Argentinada baş tutub. Finalda İtaliya yığmasına 1:0 hesabı ilə qalib gələn Uruqvay komandası turnirin qalibi olub. Üçüncü yeri İsrail komandası tutub.
2025-ci ildə dünya çempionatı Çilidə keçiriləcək.
Namiq HUN
tag: Dünya,Qafqaz, Gürcüstan, Ermənistan, todaypress.az,