DÜNYA ÇEMPİONATI: Millidən məğlubiyyətsiz seriya

İdman

12.06.2024 16:35

Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb. 

TodayPress xəbər verir ki, Binə Atçılıq Mərkəzində Malta ilə baş tutan görüşdə milli 5:0 hesablı qələbə qazanıb.

Azərbaycan yığması iki turdan sonra maksimum nəticə ilə A qrupunun lideridir.

Qeyd edək ki, millimiz ilk görüşdə Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. Komanda A qrupunda Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta komandaları ilə yarışır.

Namiq HUN

tag: Dünya Çempionat, Milli, Binə atıcılıq mərkəzi, Malta,Azərbaycan, todaypress.az,