Dünya çempionatı: Azərbaycan ağırlıqqaldıranı gümüş medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Dadaş
Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş
medal qazanıb.
TodayPress xəbər verir ki, 109 kq çəki dərəcəsində
"körpücük" üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə
dördüncü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək
tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə
mundialın gümüş medalına sahib çıxıb.
Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun
sıralamada ikinci yeri turub.
Xatırladaq ki, D.Dadaşbəylu ötən il Səudiyyə
Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.
tag: Azərbaycan, Ağırlıqqaldıran, Manama, Dünya Çempionatı, todaypress.az,