Dünya basketbolu və xokkeyinin əfsanələri
LeBron və Krosbi birdən çox mükafatı olan yeganə 1 nömrəli draft seçimidir.
TodayPress xəbər verir ki, Milli Basketbol Assosiasiyasının “Los Anceles Leykers” klubunun hücumçusu, 39 yaşlı amerikalı ulduz basketbolçu LeBron Ceyms və 37 yaşlı kanadalı xokkeyçi, mərkəz hücumçusu, Milli Xokkey Liqasının “Pittsburq Pinqvinz” klubunun üzvü Sidni Krosbi, çempionluq, Olimpiada və pley-off/final MVP-ni qazanan yeganə 1 nömrəli idmançılardır.
LeBron Ceyms ilk dəfə 2003-cü ildə NBA-nın “Klivlend Kavalyers” klubu tərəfindən seçilib. O, ötən müddət ərzində dörd dəfə NBA çempionu (2012, 2013, 2016 və 2020) olub, eyni sayda MVP finalını qazanıb və üç dəfə Olimpiya Oyunlarının qalibi (2008, 2012 və 2024) olub.
Sidni Krosbi isə ilk dəfə 2005-ci ildə NHL-in “Pittsburq Pinqvinz” klubu tərəfindən seçilib. Krosbi 2024-cü ilə qədər üç dəfə “Stenli Kuboku”nu (2009, 2016, 2017) qazanıb və iki dəfə Konn Smayt Trofi (2016 və 2017) mükafatına sahib olub. O, həmçinin iki Olimpiya Oyunlarının (2010 və 2014) qalibidir.
Namiq HUN
tag: Basketbol,Milli Xokkey Liqası,Konn Smayt Trofi,LeBron Ceyms,Los Anceles Leykers, todaypress.az,