Duetimizin ritmik rəqsi yetərli olmadı
ABŞ-nin Boston şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı keçirilir.
TodayPress xəbər verir ki, növbəti yarış günündə Samanta Ritter və Daniel Brıkalovdan ibarət Azərbaycan dueti buz üzərinə çıxıb.
Fiqurlu konkisürənlərimizin ritmik rəqsini müsiflər heyəti 53,30 xalla qiymətləndirib.
Nəticədə 36 iştirakçı arasında 33-cü olmaqla sərbəst rəqsdə çıxış edəcək 20-likdən kənar qalan duetimiz mundialla vidalaşıb.
Namiq HUN