Dovbik “Roma”dan ayrılmaq istəyir

İdman

07.11.2024 13:10

“Roma” klubunun ukraynalı hücumçusu Artyom Dovbik cari mövsümün sonunda klubunu dəyişə bilər.

TodayPress “Il Romanista”ya istinadən xəbər verir ki, forvard Çempionlar Liqasında oynamağı hədəfləyib. 

Əgər “Roma” cari mövsümün sonunda Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazana bilməsə, o zaman 27 yaşlı futbolçunun klub dəyişməsi ehtimalı yüksək olacaq.

“Yuventus”, “Milan” və “Çelsi” klubları Dovbiki heyətə qatmağa namizəddirlər. 

Qeyd edək ki, Artyom Dovbik “Roma”ya yayda “Jirona”dan 30,5 milyon avroya keçib. Onun “canavarlar”la müqaviləsi 2028/29 mövsümünün sonuna kimidir.

Namiq HUN

tag: Dovbik, Çempionlar, Çelsi, Milan, Yuventus, todaypress.az,