Dos Santos oktaqondan çıxarkən qandallandı
İdman
16.12.2024 11:03
Braziliyalı MMA döyüşçüsü Eliel dos Santos Rio-de-Janeyroda keçirilən “Shooto Brazil 12” turnirində döyüşünü başa vurduqdan sonra polis tərəfindən saxlanılıb.
TodayPress xəbər verir ki, ilk raundda mübarizəni uduzan 39 yaşlı idmançı oktaqondan çıxarkən həbs edilib.
Dos Santos məişət zorakılığına görə məhkum edilib. Sərbəst buraxıldıqdan sonra elektron ayaq biləyi qolbağını sındıraraq qurbanına yenidən hücum edib.
Bundan sonra yenidən Dos Santos haqqında həbs qərarı çıxarılıb. Döyüşçü gizlənib və saçlarını boyayıb. Lakin yenə də hüquq-mühafizə orqanlarının əməkdaşlarından yayına bilməyib. O, MMA turnirinin yayımı zamanı efirdə görünərkən polis hərəkətə keçib.
Namiq HUN
tag: Raund, Dos Santos, Sərbəst, MMA, todaypress.az,