Dörd azərbaycanlı gimnast finala yüksəldi
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin növbəti günü yeniyetmələr gürz və lentlə hərəkətləri icra ediblər.
TodayPress xəbər verir ki, dörd azərbaycanlı gimnast finala yüksəlib.
Azadə Atakişiyeva gürzlərlə hərəkətlərin təsnifat mərhələsinin qalibi olub, Fidan Qurbanlı da ilk səkkizliyə adını yazdırıb.
Şəms Ağahüseynova lentlə təsnifatda ikinci, Fidan Qurbanlı isə dördüncü yerdən finala yüksəlib.
Komanda yarışında yeniyetmə gimnastlarımız ikinci yeri tutublar.
Ağahüseynova və Atakişiyevanın yer aldığı Azərbaycan-1 komandası dörd çıxışın yekununda 100.000 xal toplayıb.
Qeyd edək ki, daha əvvəl yeniyetmə gimnastların yarışında Şəms Ağahüseynova və Ayla İbrahimova topla, Azadə Atakişiyeva və Nur Sadıqova isə halqa ilə hərəkətlərdə finala yüksəliblər.
Namiq HUN
tag: Bakı,Gimnastika,Medal,Final,Çempionat,Todaypress.az,