Donçiç MVP mükafatını əldən verdi

İdman

13.01.2025 13:29

“Dallas” basketbol klubunun müdafiəçisi Luka Donçiç zədə səbəbindən “Denver”ə qarşı oynamayacaq.

TodayPress xəbər verir ki, artıq 25 yaşlı sloveniyalı NBA mövsümündə 17-ci oyundur buraxır.

Reqlamentə əsasən, 17-dən çox oyunu buraxdığına görə, Donçiç fərdi MVP mükafatları uğrunda mübarizə apara bilməyəcək. Bunun üçün mövsümdə minimum 65 oyuna çıxmaq lazımdır.

Qeyd edək ki, Donçiç son beş mövsümdə ardıcıl olaraq liqanın ən yaxşı beş basketbolçusu arasında yer alıb. 

Namiq HUN

tag: NBA ,Mövsüm ,Mükafat ,Liqa ,todaypress.az,