Donçiç baxımlı oyunla yadda qaldı

İdman

11.02.2025 15:12

2329

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında “Los Anceles Leykers” klubu qələbə seriyasını davam etdirir. 

TodayPress xəbər verir ki, “Yuta Cazz”la qarşılaşma komandada debüt edən sloveniyalı Luka Donçiçin baxımlı oyunu ilə də diqqət çəkib. Luka 14 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə “Los Anceles Leykers”in qələbəsində pay sahib olub. 

Görüşün ən məhsuldar basketbolçusu isə 24 xal, 7 ribaund və 8 məhsuldar ötürməyə imza atan Lebron Ceyms olub.

Qeyd edək ki, Los Anceles təmsilçisi “Yuta Cazz"ı 132:113 hesabı ilə məğlub edərək NBA-dakı qələbə seriyasını 6 oyuna çatdırıb.

Namiq HUN

tag: İdman,ABŞ,Basketbol,Luka Donçiç,todaypress.az,