"Dinamo" Zaqrebin baş məşqçisi istefaya göndərildi
İdman
19.09.2024 17:36
“Dinamo” Zaqreb klubu baş məşqçisi Sergey Yakiroviçlə yolları ayırıb.
TodayPress xəbər verir ki, komandanın Çempionlar Liqasının Liqa mərhələsində "Bavariya"ya 2:9 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib.
Mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
Sergey Yakiroviç 2023-cü ilin yayından Zaqreb təmsilçisini çalışdırırdı.
Qeyd edək ki, “Dinamo” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən (3:0, 2:0) “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.
Onuda əlavə edək ki, Yakiroviç hələ “Qarabağ”la oyun öncəsi məşqçilik karyerasında ən böyük matçların onu qarşıda gözlədiyi haqda deyilənlərlə razılaşmışdı.
"Əlbəttə, bunlar ən böyük oyunlardır, Çempionlar Liqasına vəsiqə qazansaq, əla olardı" deyə o, bildirmişdi.
Bu da son. Mütəxəssisin müqaviləsinə elə Liqa mərhələsində ilk ən böyük oyundan sonra xitam verildi.
Namiq HUN
tag: Dinamo, Qarabağ, Yakiroviç, Çempionlar, Liqa ,todaypress.az,