"Dinamo Zaqreb" iki futbolçusunu itirdi

İdman

23.08.2024 16:48

Xorvatiyanın "Dinamo" klubunun iki futbolçusu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxa bilər.

TodayPress xəbər verir ki, Zaqreb təmsilçisində Stefan Ristovski və Ariyan Ademinin zədələndiyi bildirilir. 

Ademi "Şibenik"ə qarşı çempionat matçında sıradan çıxıb. O, bu səbəbdən “Qarabağ”la ilk görüşdə də iştirak etməyib.

Ristovski isə Azərbaycan çempionu ilə ilk dueldə əzələsindən zədə alıb. 

Qeyd edək ki, “Qarabağ” və “Dinamo” arasında cavab görüşü avqustun 28-də baş tutacaq.

Namiq HUN

tag: Xorvatiya, Zaqreb,Stefan Ristovski ,Ariyan Ademini, Qarabağ, todaypress.az,