“Dinamo” Belarus çempionu oldu

İdman

26.11.2024 10:00

Futbol üzrə Belarus çempionatında 2024 mövsümünün qalibi məlum olub.

TodayPress xəbər verir ki, Minsk “Dinamo”su tarixində 9-cu dəfə ölkə çempionu titulunu qazanıb.

Vadim Skripçenkonun komandası XXIX turda BATE-yə qalib gəlib 1:0. 

Nəticədə “Dinamo” mövsümün başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neman”ı 5 xal qabaqlayıb.

Xatırladaq ki, Minsk “Dinamo”su 1992, 1992/93, 1993/94, 1994/95, 1995, 1997, 2004, 2023 mövsümlərində Belarus çempionu olub.

Namiq HUN

tag: Dinamo, Minsk, Neman, Belarus, todaypress.az,