“Dinamo” Bakıya zədəlilərlə gələcək
İdman
26.08.2024 14:30
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Xorvatiya “Dinamo”su Bakıya tam heyətlə gələcək.
TodayPress xəbər verir ki, Zaqreb təmsilçisi zədəli oyunçuları da cavab görüşünə gətirməyə qərar verib.
Stefan Ristovski və Ariyan Ademi ölkəmizə gələn heyətdə yer alacaq. İlk matçda zədələnən Ristovski Bakıda oynamayacaq. Ademi ilə bağlı qərar qarşılaşma günü veriləcək.
“Qoritsa” ilə çempionat görüşündə zədələnən Sami Mmaenin durumuna da aydınlıq gəlib. Zədəsi ciddi olmayan futbolçu “Qarabağ”a qarşı oynaya bilər.
Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” matçı saat 20:45-də başlayacaq.
Namiq HUN
tag: Dinamo, Qarabağ, Sami Mmaenin,Qoritsa, Zədə, Bakı, todaypress.az,