Dieqo Forlan “Çellencer”də iştirak edəcək
İdman
22.10.2024 14:35
Futbol üzrə Uruqvay yığma komandasının sabiq üzvü Dieqo Forlan tennis turnirində iştirak edəcək.
TodayPress xəbər verir ki, o, Montevideoda təşkil olunan “Çellencer” yarışına vəsiqə qazanıb.
Forlan Federiko Korya ilə cütlükdə çıxış edəcək.
Gil üzərində keçiriləcək Montevideo turniri noyabrın 11-də təşkil olunacaq.
Xatırladaq ki, Dieqo Forlan 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən Dünya çempionatının ən yaxşı oyunçusu seçilib. O, 2011-ci ildə Amerika kubokunu qazanıb. Forvard iki dəfə “Qızıl buts” mükafatının qalibi olub.
Namiq HUN
tag: Uruqvay, Dieqo Forlan, Tennis, Turnir,Cənubi Afrika , todaypress.az,