Dibala “Roma”dan gedəcək?
İdman
19.08.2024 17:35
“Roma” klubu argentinalı futbolçusu Paulo Dibala ilə vidalaşmaq istəyir.
TodayPress xəbər verir ki, hücumçu Səudiyyə Ərəbistanı klubu “Əl-Kadisiyyə”dən sərfəli təklif alsa da, razılaşmağa tələsmir.
“Canavarlar” Dibalanın qərarını yenidən nəzərdən keçirməsini gözləyir.
Mövsümün əvvəlindən “Roma”da forvardın maaşı ildə 7 milyon avroya yüksəlib. O, bu mövsümün 15 matçında meydanda ən azı 45 dəqiqə keçirsə, müqaviləsi avtomatik olaraq 2026-cı ilə qədər uzadılacaq.
Qeyd edək edək ki, paytaxt təmsilçisi maliyyə çətinliyi səbəbindən Dibalanı satmağa üstünlük verir. Klubun rəhbərliyi dünya çempionunu 15 milyon avroya “Əl-Kadisiyyə”yə buraxmağa hazırdır.
Namiq HUN
tag: Əl-Kadisiyyə, Roma, Paulo Dibala,Səudiyyə Ərəbistan, Klub, todaypress.az,