Diallo: “Arda dünyanın ən yaxşılarındandır”
İdman
28.12.2024 17:28
“Mançester Yunayted” klubunun futbolçusu Amad Diallo “Real Madrid”in yarımmüdafiəçisi Arda Gülerdən danışıb.
TodayPress xəbər verir ki, Diallo Premyer Liqasının XXXIV turunda “Nyukasl”la matçda (3:2) fərqlənib və daha sonra Ardanın qol sevincini təkrarlayıb.
Amad türk futbolçu haqqında danışaraq, onu tərifləyib:
“Belə qol sevincini ilk olaraq “Real”ın futbolçusu Arda Gülerdə görmüşəm. Xoşuma gəldi və sınamaq istədim. Ardanı həqiqətən bəyənirəm. Gənc və istedadlıdır. Ardanın “Real”da oynaması onun nə qədər yüksək səviyyəli futbolçu olduğunu göstərir. O, hazırda dünyanın ən yaxşılarından biridir”.
Namiq HUN
tag: Liqa, Diallo,Tur,Qol, todaypress.az,