Deyvis sürücülük hüququndan məhrum edildi
“Bavariya”nın müdafiəçisi Alfonso Deyvis sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılıb.
TodayPress “Blick”ə istinadən xəbər verir ki, alkotester kanadalı futbolçunun qanında 0,6 ppm spirt olduğunu müəyyən edib.
Deyvisi 500 avro cərimə və bir ay sürücülük hüququndan məhrum etmə cəzası gözləyir.
Qeyd edək ki, 24 yaşlı futbolçu “Bavariya”nın heyətində keçirdiyi 17 oyunda 3 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında kanadalı futbolçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Bavariya, Alfonso Deyvis, Avtomobil, Transfermarkt, todaypress.az,