Devis Münheni Madridə dəyişir
İdman
15.11.2024 09:35
Müdafiəçi “Bavariya”nın müqaviləni yeniləmək təklifindən növbəti dəfə imtina edib.
TodayPress “Relevo”ya istinadən xəbər verir ki, Münhen təmsilçisinin kanadalı futbolçusu Alfonso Devis yayda azad agent kimi “Real”a keçəcək.
Tərəflər arasında yalnız kiçik detallar barədə razılığa gəlmək qalıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu ildə “Vankuver”dən “Bavariya”ya keçib. O, münhenlilərin heyətində bütün turnirlərdə 210 oyun keçirib, 11 qol vurub və 34 məhsuldar ötürmə edib.
“Transfermarkt” portal Alfonso Devisin transfer dəyərini 50 milyon avro qiymətləndirir.
Namiq HUN
tag: Bavariya, Alfonso, Vankuver, Transfermarkt, todaypress.az,