Devid Bekhem 17 futbolçunu qovdu
Devid Bekhem İngiltərənin İkinci Liqasında çıxış edən “Salford” klubunu alıb.
TodayPress xəbər verir ki, daha əvvəl Bekhem keçmiş komanda yoldaşları Rayan Giqqs, Fil Nevill, Pol Skouls və Niki Batt ilə birgə klubda kiçik paya sahib olub.
İndi isə Devid Nevill ilə birlikdə “Salford”un səhmdarıdır. “Salford” cari mövsüm daha üst diviziona yüksəlmək uğrunda mübarizə aparır.
Pley-offda ilk üç yeri tutan komandalar vaxtından əvvəl Birinci Liqaya vəsiqə qazanacaqlar.
Yeni rəhbərlik klubun heyətində əsaslı dəyişikliklər edib.
Azarkeşlər tərəfindən çox sevilən klub əfsanəsi Metyu Landa da daxil olmaqla 17 futbolçunun müqaviləsinə xitam verilib.
Namiq HUN
tag: Devid Bekhem,Salford,Fil Nevill,Futbol,Todaypress.az,