Deşamın işindən “cana doyub” Zidanı səslədilər

İdman

09.11.2024 18:20

Fransa millisinin futbolçuları baş məşqçi Didye Deşamı Zinəddin Zidanın əvəz etməsini tələb edirlər. 

TodayPress xəbər verir ki, milli komandaya 2012-ci ildən başçılıq edən Deşam onu 2018-ci ildə dünya çempionatının qalibi edib. 

Artıq futbolçular 56 yaşlı mütəxəssisin rəhbərliyindən yorulmağa başlayıblar. Futbolçulardan milli komandaya Zinəddin Zidanın rəhbərlik etməli olduğu barədə fikirlər eşidilir.

Fransa Futbol Federasiyası Deşamın komandanı 2026-cı il dünya çempionatına aparmasını planlaşdırır, lakin eyni zamanda Zidanı onun yerinə ideal namizəd hesab edir. 

Amma növbəti beynəlxalq turnirə qədər Fransa millisinin baş məşqçi postunda hər hansı dəyişikliyin olacağı ehtimalı azdır.

Xatırladaq ki, Zidanın son iş yeri 2021-ci ilin yayında tərk etdiyi “Real Madrid” olub.


Namiq HUN

tag: Fransa, Deşam, Zidan, Futbol, İdman, todaypress.az,