Deşam Fransa millisi ilə vidalaşır
İdman
08.01.2025 12:17
Didye Deşamın futbol üzrə Fransa millisinin baş məşqçisi postunu tərk edəcəyi vaxt məlum olub.
TodayPress xəbər verir ki, təcrübəli mütəxəssis DÇ-2026-dan sonra postunu tərk edəcək.
2012-ci ildə ölkə yığmasına təyinat alan Deşam millinin “sükanı arxası”nda 14 il işlədikdən sonra komandadan ayrılacaq.
Qeyd edək ki, Fransa millisi Didye Deşamın rəhbərliyi altında DÇ-2018 və Millətlər Liqasının 2021/22 mövsümünün qalibi olub. O, komanda ilə həmçinin AVRO-2016 və DÇ-2022-nin gümüş medallarını qazanıb.
Namiq HUN
tag: Deşam, Mütəxəssis, Fransa ,Milli,todaypress.az,