“Derbi de İtaliya”da qalib məlum olmadı
İdman
28.10.2024 09:38
Futbol üzrə İtaliya A Seriyasında IX turun mərkəzi görüşü Milanda keçirilib.
TodayPress xəbər verir ki, “İnter” və “Yuventus” komandalarının “Cuzeppe Meyatsa” qarşılaşması məhsuldarlığı ilə diqqət çəkib.
“Derbi de İtaliya”da komandalar hərəyə 4 dəfə fərqləniblər. Meydan sahibləri 4:2 hesabı ilə önə keçsələr də, “qoca sinyora” məğlubiyyətdən xilas ola bilib. “Yuventusun türkiyəli gənc ulduzu Kenan Yıldız son dəqiqələrdə iki qol vuraraq, Turin təmsilçisinin 1 xal qazanmasında pay sahibi olub.
“İnter”in xal itkisi lider “Napoli”nin işinə yarayıb. Hesabında 22 xal olan cənublular “neradzurre”ni 4 xal qabaqlayırlar. “Yuventus” isə liderdən 5 xal geri qalır.
Namiq HUN
tag: Derbi, İtaliya, İnter, Yuventus, Napoli, todaypress.az,