Depay Braziliyada ilk titulunu qazandı
“Korintians” futbol klubu tarixində 31-ci dəfə Braziliyada San Paulu ştatı çempionatının qalibi olub.
TodayPress xəbər verir ki, finalda “Palmeyras”la qarşılaşan komanda sonda sevinən tərəf olub.
“Korintians” cavab matçında heç-heçə (0:0) etsə də, ilk oyundakı qələbə (1:0) sayəsində kuboku qazanıb.
Baş məşqçi Ramon Diaz San Paulu uğuru ilə karyerasındakı kubokların sayını 17-yə çatdıraraq ən titullu argentinalı mütəxəssis olub.
"Korintians"ın niderlandlı forvardı Memfis Depay Braziliyada ilk titulunu qazanıb.
Namiq HUN
tag: Korintians,futbol klubu,Memfis Depay,Kubok,Todaypress.az,