Depay A Seriyasında oynayacaq
İdman
10.09.2024 12:43
Braziliyanın "Korintians" klubu Niderland millisinin futbolçusu Memfis Depayın transferini açıqlayıb.
TodayPress xəbər verir ki, hücumçu A Seriyası təmsilçisi ilə 2026-cı ilədək müqavilə bağlayıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu son olaraq "Atletiko" klubunun formasını geyinib. O, son mövsüm Madrid klubunun heyətində meydana çıxdığı 23 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Forvard milli karyerasında keçirdiyi 98 oyunda 46 qol vurub.
Namiq HUN
tag: Braziliya ,Korintians ,Niderland, Memfis Depay,Atletiko, todaypress.az,