“Denizlispor”un qazı kəsildi
Türkiyə Super Liqası ilə vidalaşan “Denizlispor” futbol klubu ciddi böhran içindədir.
TodayPress “Hürriyet”ə istinadən xəbər verir ki, hazırda III Liqada çıxış edən Denizli təmsilçisi şok xəbərdarlıqla qarşılaşıb.
Komandanın qaz təchizatçısı şirkəti 1 milyon 961 min lirə borcun ödənilməsini tələb edib. “Ağ-yaşıllar”a bunu etməyəcəkləri təqdirdə, qaz təchizatından məhrum olacaqları bildirilib.
“Xoruzlar”ın transfer qadağası səbəbindən aşağı yaş qruplarından formalaşan heyəti bazanın isidilməsindən məhrum edilib.
“Denizlispor” şirkətdən gələn xəbərdarlığı sosial şəbəkə hesabında şərhsiz başlığı ilə paylaşıb.
Qeyd edək ki, 2002/2003 mövsümündə UEFA Kubokunda 1/4 finaladək irəliləməyi bacaran “Denizlispor” hazırda Türkiyə III Liqasının IV qrupunda çıxış edir.
Liqanın autsayderinin borclara görə bir çox mülkünə həbs qoyulub. Həvəskarlar Liqasına düşmə təhlükəsi ilə üzləşən klub vəziyyətdən çıxış yolu kimi yardım kampaniyasına başlayıb.
Namiq HUN
tag: İdman,Türkiyə,“Denizlispor” ,Futbol,todaypress.az,