Dənizkənarı Milli Parkda “Qələbə qaçışı” baş tutdu

İdman

03.11.2024 11:56

Gənclər və İdman Nazirliyinin Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yarışına start verilib. 

TodayPress xəbər verir ki, iştirakçılar mübarizəyə Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından başlayıblar. 

Marafonda gənclər və idman naziri Fərid Qayıbov, nazirliklərin əməkdaşları, müxtəlif idman təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Qalib uzun məsafə üzrə qaçış idmançısı Abışov Elmar finişə birinci çatıb. 

Marafon 10 km məsafəni əhatə edəcək və fərqlənənlər mükafatlandırılacaqlar. 

Qeyd edək ki, qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

tag: Qələbə,Qaçış,Bakı,YAŞAT,Todaypress.az,