“Dənizçilər” baş məşqçisiz qaldılar

İdman

04.11.2024 10:00

“Səbail” futbol klubunun baş məşqçisi Şahin Diniyev istefa verib.

TodayPress xəbər verir ki, o, qərarını Premyer Liqanın XII turunda “Kəpəz”ə məğlubiyyətdən sonra açıqlayıb.

“Mənə dedilər, səbr et. Amma bu materialla nəyisə dəyişəcəyimə özümdə güc görmürəm. Komandaya yeni nəfəs lazımdır.  Bu, mənim yekun qərarımdır”.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən “Kəpəz” - “Səbail” matçında Gəncə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

“Səbail” bu mövsüm Şahin Diniyevin rəhbərliyi altında XII turdan sonra topladığı 7 xalla 9-cu sırada qərarlaşıb. Sonuncu, 10-cu olan “Kəpəz”in isə hesabında 6 xalı var. 


tag: Dənizçilər, İstefa, Məşqçi, Liqa, Tovuz, todaypress.az,