Demirel: “Bir insanın ölüyə hörməti yoxdursa, mənim də onun dirisinə hörmətim olmaz!”
İdman
23.12.2024 10:03
Futbol üzrə Türkiyə Super Liqasının XVII turunda qalmaqal baş verib.
TodayPress xəbər verir ki, “Trabzonspor” – “Bodrum” matçından (1:0) öncə baş məşqçi Volkan Demirel həmkarı Şenol Güneşlə görüşməkdən imtina edib. Oyundan sonra hadisə ilə bağlı açıqlama verən Demirel Güneşdən üzr istəmədiyini bildirib:
“Bir insanın ölüyə hörməti yoxdursa, mənim də onun dirisinə hörmətim olmaz! Bəzi hadisələr var. Həyatda çətinliklər yaşamışam. İlk dəfə zəlzələ zamanı. Biz can çəkişəndə, morqda ölüləri müəyyənləşdirəndə Şenol Güneş öz klubuna şirin görünmək üçün “Hatayspor” oynaya bilər” dedi. Bunu gördüyüm yerdə dilə gətirəcəyimi söyləmişdim. O, bunu edəcəyimi bildiyi üçün məni tunelin çıxışında gözləyirdi. İndiyə qədər hansısa məşqçinin orda gözlədiyini görməmişəm.
Qələbənin verdiyi rahatlıqla Şenol Güneş mənə “çox tərbiyəsizsən” dedi. Sənin əlini sıxmadığım üçün belə deyirsənsə, bəli, tərbiyəsizəm. Amma həyatını itirən insanları düşünmədən elə davranmışdınsa, əsl tərbiyəsiz sənsən! Etdiyim hərəkət üçün ictimaiyyətdən üzr istəyərəm, amma Şenol Güneşdən əsla!”.
Namiq HUN
tag: Türkiyə, Demirel ,Morq, Klub, todaypress.az,