Demiralın Türkiyədə abidəsi açıldı

İdman

05.10.2024 12:25

Türkiyədə son Avropa çempionatında millətçi jest göstərən futbolçunun abidəsi açılıb.

TodayPress xəbər verir ki, bu barədə Sport24 məlumat yayıb. 

Türkiyənin Bolu şəhərində Avropa çempionatında Avstriya ilə oyunda "qurd salamı" verən futbolçu Merih Demiralın abidəsi yaradılıb.

Heykəlin açılışı Bolu Bələdiyyə Başçısı Tanju Özcan və şəhər əhalisinin iştirakı ilə olub.

Xatırladaq ki, iyulun 2-də baş tutan Türkiyə - Avstriya görüş 2:1 hesabı ilə başa çatıb. Matçın 1-ci dəqiqəsində hesabı açan Demiral 59-cu dəqiqədə komandasının hesabdakı fərqini ikiyə çatdırıb. Demiral qollardan birini qeyd edərkən türk millətçilərinin jestindən istifadə edib.

Bu hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Almaniyanı Demiralın qolunun qeyd edilməsinə ksenofobik reaksiya verməkdə ittiham edib.

Namiq HUN

tag: Türkiyə ,Avropa ,Bolu, Avstriya ,Merih Demiral ,todaypress.az,