Dembele Fransa millisinin heyətindən çıxarıldı

İdman

12.11.2024 09:03

PSJ klubunun hücumçusu Usman Dembele zədələnib. 

TodayPress xəbər verir ki, o, UEFA Millətlər Liqasında yığmasının İsrail və İtaliyaya qarşı keçirəcəyi matçlarda iştirak edə bilməyəcək.

Dembeleni milli komandada “Bavariya”nın forvardı Kinqsli Koman əvəz edəcək.

Qeyd edək ki, Fransa yığması noyabrın 14-də evdə İsraillə, 3 gün sonra isə səfərdə İtaliya ilə qarşılaşacaq.

Namiq HUN

tag: PSJ, Hücumçu,Usman Dembele, Zədə, Fransa, todaypress.az,